İQTİSADİYYAT

TANAP Azərbaycan və Türkiyəyə nə qazandıracaq – politoloq şərhi

Politoloq Ramiyyə Məmmədova deyir ki, layihə Azərbaycana həm siyasi, həm də iqtisadi böyük dividendlər gətirəcək
Sputnik

“Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində deyib.

Politoloq Ramiyyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, bu layihə  Azərbaycanın dünyada ikinci ən böyük enerji bazarına daxil olması deməkdir: “Layihə Azərbaycana həm siyasi, həm də iqtisadi böyük dividendlər gətirəcək. Bu layihə Türkiyənin qaza olan tələbatının ödənilməsi baxımından da əhəmiyyət daşıyır. TANAP Türkiyənin regionda strateji əhəmiyyətini də artıracaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz