Dövlətlər dəyişib, amma ölülərdən can qurtarma üsulu dəyişməyib - TAPINTI

Nekropolun cənub sərhədində daş abidələr və ya yuvarlaq və kvadrat əsaslı kiçik məqbərə binaları yerləşib.
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Fransanın Bretan bölgəsində qazıntılar aparan arxeoloqlar Roma dövrünə aid nekropol aşkar edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yerin altından onlarla yanmış cəsəd qalıqlar aşkarlanılb.

Dəfn yeri eramızın I əsrinin əvvəllərində Qall-Roma yaşayış məskəninin yarandığı Fruga dağının ətrafında yerləşir. Alimlərin fikrincə, onun sahəsi 1-2 hektara çatır.

Dinozavrlardan daha qədim: 500 milyon yaşı olan canlı tapılıb

Tədqiqat zamanı 140 məzar tapılıb. Bununla yanaşı qazıntı zamanı vazalar, keramika, qab-qacaq, mis məmulatları, sikkələr aşkar edilib.

Alimlər qəbiristanlığın bir neçə əsr boyu istifadə edilə biləcəyini ehtimal edirlər. Ən sonuncu çalaların bizim eranın XIV-XV əsrlərinə aid olduğu ehtimal edilir.

Nekropolun tikintiləri qalmasa da, mütəxəssislər hesab edir ki, o kvadrat şəklində inşa edilib. Ehtimala görə, nekropolun cənub sərhədində daş abidələr və ya yuvarlaq və kvadrat əsaslı kiçik məqbərə binaları yerləşib.