Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 3 dekabr – Sputnik. “Hərbi texniki sahədə əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindən biridir. Biz bu əməkdaşlığı şəffaf, beynəlxalq norma və Rusiya və Azərbaycanın qanunlarına uyğun şəkildə inkişaf etdiririk”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Azərbaycana silah satmamasına dair çağırışına münasibət bildirərkən qeyd edib.
"Biz bu əməkdaşlığı regionda balansa uyğun şəkildə, sabitliyin qorunması çərçivəsində həyata keçiririk", - deyə Lavrov qeyd edib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov suala mübasibət bildirərkən qeyd edib ki, hərbi-texniki sahədə olan əməkdaşlıq daima Rusiya ilə olan danışıqların gündəliyində olub: "Hərbi texniki sahədə ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik".