RUSİYA

Qarabağ icmaları arasında əlaqələr bərpa edilməlidir – Lavrov Bakıda

Bu gün Bakıda keçirilən mətbuat konfransı zamanı Rusiya Xarici İşlər Naziri Qarabağın icmaları arasında əlaqələrin bərpa edilməsi məsələsinə toxunub. Daha ətraflı videomuzda izləyin.
Sputnik

Bakıda Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun birgə mətbuat konfransı keçirilib. İki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri nazirlərin diqqət mərkəzində olub.

Bu yaxınlarda Ermənistan və Dağlıq Qarabağda olmuş azərbaycanlı jurnalistlərdən biri isə jurnalistlərin bu cür qarşılıqlı səfərlərinin sülh danışıqları üçün əhəmiyyətinin nədən ibarət olması ilə maraqlanıb.

İki ölkənin XİN başçıları ikitərəfli görüşdə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Görüşün yekununda iki ölkənin nazirliyi arasına 2020-ci il üzrə konsultasiya planı imzalanıb.