“Bu il keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edir”. Bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib.
Siyasi ekspert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, bələdiyyə seçkilərində ictimai fəallıq önəmli faktordur:
“Cəmiyyət seçkilərdə nə qədər fəal iştirak edərsə, bu, bələdiyyələrin rolunun artmasına təsir edəcək. İnsanlarımız bu bələdiyyə seçkilərində əvvəlkilərlə müqayisədə daha aktiv olacaqlar. Ölkədə parlament seçkiləri ərəfəsindəki əhval-ruhiyyə vətəndaşların bələdiyyə seçkilərində də fəallaşmasına təsir göstərə bilər. Bütün hallarda bələdiyyələrin nüfuzunun qaldırılmasında seçicilərin rolu önəmlidir”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz