CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda güclü külək fəsadlar törədib

"Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar"
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Bakıda əsən güclü külək səkkiz ağacın aşmasına səbəb olub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağaclar paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında aşıb: "Hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar. Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar".