CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verdi

Rusiyanın Zabaykalye diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Sputnik Azərbaycan bildirir ki, başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, dekabrın 1-də Rusiyanın Zabaykalye diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.