CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahadək səbr edin: son vəziyyət açıqlandı

Ölkə ərazisində səhər saatlarından başlayaraq hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Sarıbaş (Qax), Xınalıq, Gədəbəy, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, 2 dekabr saat 13:00-a olan məlumata əsasən, ölkə ərazisində səhər saatlarından başlayaraq hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə (Şahdağ, Qırız) qar yağıb. Şimal qərb küləyi arabir Naftalanda 38 m/s, Bakıda 34 m/s, Daşkəsən, Pirallahı, Mingəçevirdə 26 m/s, Maştağa, Tərtərdə 25 m/s, Xınalıqda 24 m/s, Nabranda 20 m/s, Bərdədə 18 m/s, Xaçmazda 16 m/s, Şəmkirdə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 3-ü səhərədək davam edəcək. Dekabrın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək.