BAKI, 2 dekabr — Sputnik. Rusiya Şimali Atlantika alyansının sammiti ərəfəsində NATO-ya müraciət edərək münasibətlərə yenidən baxılmasını istəyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı yeni səfiri Andrey Kelin "Channel 4" telekanalına müsahibəsində bildirib.
O, vurğulayıb ki, Rusiya Şimali Atlantika Alyansının təhlükəsizliyin təhdid deyil. Kelin qeyd edib ki, ölkəsinin digər dövlətləri ilə fikir ayrılıqları var: "Çünki rəsmi Moskva heç də həmişə Vaşinqton, London və digər ölkələrin öz maraqları naminə yürütdüyü siyasi kursla razılaşmır".
Səfir eyni zamanda "Rusiya təhdidi" barədə məlumatları "Bir növ feyk" olaraq adlandırıb və vurğulayıb ki, RF hərbi gücünün artırılması ilə məşğul olmur, yalnız alyansın fəaliyyətini izləyir və onlara reaksiya verir: "Söhbət yalnız siyasi fikir ayrılıqlarından gedir, bunun ciddi hərbi məsələlərə aidiyyəti yoxdur".
Rusiya səfiri vurğulayıb ki, ölkəsi NATO ilə münasibətləri qurmaqda maraqlıdır.