CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralı var

Hadisə nəticəsində 21 yaşlı Artur Adcamyan ölüb, 20 yaşlı David Melikbekyan isə yaralanıb. Faktla bağlı araşdırmalar başlayıb.
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində naməlum şəkildə baş verən atışma zamanı bir erməni əsgər ölüb, digər isə yaralanıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, hadisə bazar ertəsi səhər saat 06:50 radələrində baş verib.

Hadisə nəticəsində Ermənistan ordusunun hərbçisi - 21 yaşlı Artur Adcamyan ölüb, 20 yaşlı David Melikbekyan isə yaralanıb.

Faktla bağlı araşdırmalar başlayıb.