Azərbaycanda QİÇS-ə yoluxanların sayı açıqlanıb

Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanda QİÇS-ə yoluxanların sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 11 ayı ərzində İİV-ə yoluxma faktının  592 nəfər təşkil edib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib ki, Onlardan 563(95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir:” Qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371 kişi, 192-i qadındır. Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİVlə yaşayan insan rəsmi qrydiyyatdadlr. Onlardan 69, 4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.

Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 1045 nəfərdir.  2019-cu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,002  faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir”.