Təyyarə qəzasında 9 nəfər öldü

Çemberlen şəhərindən havaya qalxan təyyarənin göyərtəsində 9 nəfər həlak olub. Ölənlər arasında pilot və iki uşaq var.
Sputnik

BAKI, 1 dekabr – Sputnik. ABŞ-ın Cənubi Dakota ştatında birmühərrikli "Pilatus PC-12" təyyarəsi qəzaya uğrayıb.

Bir gündə beş qəza, yeddi ölü

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Çemberlen şəhərindən havaya qalxan təyyarənin göyərtəsində 9 nəfər həlak olub. Ölənlər arasında pilot və iki uşaq var.

Bildirilir ki, təyyarədə 12 nəfər olub. Daha 3 nəfər yaralanıb.

Qəzanın səbəbi barədə məlumat verilmir. Amma hadisə baş verən zaman ətraf ərazilərdə güclü külək barədə xəbərdarlıq olub.