BAKI, 1 dekabr – Sputnik. Rusiyanın Zabaykal diyarında sərnişin avtobusu körpüdən Kuenqa çayına düşüb.
Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadla xəbər verir ki, hadisə Sretensk rayonunda baş verib. Son məlumata görə, qəza nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 18 nəfər xəsarət alıb.
Avtobusda 43 sərnişin olub.
Hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.
Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub. Nəticədə avtobus körpüdən çaya düşüb.