İranın nüvə sazişi üzrə birgə komissiyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclası bu il dekabrın 6-da baş tutacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi məlumat verib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, İran nüvə proqramı ilə bağlı planlaşdırılan görüş vəziyyəti normallaşdıra bilməz: “Hazırda hadisələr mənfi ssenari üzrə inkişaf edir. Bunun əsas səbəbi ABŞ sanksiyaları və onun nəticələridir. ABŞ sanksiyaları yüngülləşdirmək haqqında düşünmür, o cümlədən İran da ABŞ-ın irəli sürdüyü təkliflərlə razılaşmadığını bildirir. Ona görə də yaxın gələcəkdə sazişin reallaşacağı ilə bağlı nikbin fikir söyləmək qeyri-mümkündür”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz