Türk məktəblilərə narkotik satan azərbaycanlı saxlanılıb

"Oğurluq və və narkotik maddə satışı" maddəsi ilə isə 11 ayrı qanun pozuntusunda adı hallanan Tansu A. İsə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Sputnik

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Bayrampaşa rayonunda bir liseyin yanında narkotik satan iki nəfər saxlanılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, narkotik satamların birinin üzərindən Azərbaycan vətəndaşına məxsus pasport aşkar edilib.

Şübhəlilərin üzərindıə axtarış aparılan zaman onlardan birinin 22 yaşlı Uğur T.-nin üzərindəmn 2,17 qram skunk, bir ədə şüşə cihaz, 26 yaşlı Tansu A.-nın üzərindən isə 2,54 qram bonzay, 36, 82 qram skunk, 1, 07 qram afyon saqqızı, 2,97 qram kənəvir tumu,1,73 qram metamfetamin, 3 ədəd şüşə cihaz, 1 ədəd narkotik həb, narkotik satışından əldə edilən 65 lirə pul,5 ədəd oğurlandığı iddia edilən telefon, 1 ədəd Elif. Ş-adına vəsiqə, 1 ədəd Azərbaycan vətəndaşı Valeh. G-ya məxsus pasport və 2 ədəd əcnəbi şəxsiyyət vəsiqəsi, oyuncaq tapança və saxta olduğu iddia edilə 300 dollar və 100 lirə pul götürülüb.

Şübhəlilərdən biri Uğur T. Azadlığa buraxılıb. "Oğurluq və və narkotik maddə satışı" maddəsi ilə isə 11 ayrı qanun pozuntusunda adı hallanan Tansu A. İsə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.