Daha iki ölkədə bıçaqlı hücumlar baş verib

Hollandiyada və Braziliyada bıçaqla edilən hücumlar nəticəsində yaralananlar və girov götürülənlər də var.
Sputnik

BAKI, 30 noyabr — Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən barlardan birində naməlum şəxs 6 nəfəri girov götürüb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, naməlum şəxs Braziliyada bıçaqla barda insanlara hücum çəkib və 6 nəfəri girov götürüb. Polis hadisəni təsdiqləyib.

Hollandiyada da naməlum şəxs bıçaqla insanlara hücum edib, yaralananlar var.

Qeyd edək ki, dünən London körpüsündə naməlum şəxs tərəfindən edilən hücum zamanı bıçaqla xəsarət yetirilən 5 nəfərdən 2-si dünyasını dəyişib. Böyük Britaniyanın Baş naziri Boris Conson hadisəni terror adlandırıb.