BAKI, 29 noyabr — Sputnik. Çin Beynəlxalq Astronomiya Müşahidə Mərkəzində çalışan professor Lui Jifenq kosmosda Günəşdən 70 dəfə daha böyük qara dəlik aşkarladığını açıqlayıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, professorun fikrincə, bu qara dəlik orada olmamalıdır. "LB-1" adı verilən qara dəlik 15000 işıq ili uzaqda yerləşir.
Qara dəliyin kütləsi Günəşdən 70 dəfə böyükdür. Xatırladaq ki, elm adamları bu günə qədər 100 milyon qara dəlik aşkarlayıb. Amma "LB-1" digər dəliklərdən iki dəfə böyükdür. Professorun açıqlamasına görə, "LB-1" Çinin "LAMOST" teleskopu istifadə edilərək aşkar edilib.