“Dekabrın 2-də V çağırış Milli Məclisin buraxılması ilə bağlı plenar iclas keçiriləcək". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda keçirilən son prezident seçkilərindən sonra struktur islahatları başladı: “Bu islahatlar dövlət idarəçiliyinin bütün istiqamətlərində davam etdirilirdi. İdarəçiliyin modernləşməsi yeni beyin şəbəkəsinin hakimiyyətə gəlişindən xəbər verir. Buna görə də, parlament seçkilərinin vaxtından öncə keçirilməsi məntiqə uyğundur. Bu, idarəçilik sistemindəki islahatların daha da sürətlənməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz