VİDEO

Bakıda sürüşmədən sonra yolu necə təmir edirlər – Video

Bayıl qəsəbəsində həftənin əvvəlində qeydə alınan sürüşmənin fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir. Sputnik Azərbaycan təmir işlərinin gedişatını izləyib.
Sputnik

Hal-hazırda Bibiheybət məscidindən şəhər istiqamətində yol hərəkəti tamamilə bağlanıb və yalnız təmir işləri başa çatandan sonra bərpa ediləcək. Bu işlərin hələ nə qədər davam edəcəyi məlum deyil. Məsələnin həlli istiqamətində dövlət tərəfindən cəlb edilən xarici mütəxəssislər çalışırlar.