CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək.
Sputnik

BAKI, 29 noyabr — Sputnik. Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək: “Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək”.

Aparat rəhbəri qeyd edib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: “Turistlərin əraziyə səfəri kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb”.