BAKI, 29 noyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu" təsdiq edilsin.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Qeyd edək ki, Prezident administrasiyasında struktur dəyişikliyi baş verib və yeni təyinatlar olub. Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, Birinci Vitse-prezident Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov AR Prezidentinin köməkçisi vəzifəsinə təyin edilib. Sabiq Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov da Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.
Hazırda Prezident Administrasiyasının strukturu və vəzifə tutan şəxslərin adları belədir:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev
Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva
Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev
Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev
Sənəd dövriyyəsi şöbəsinin müdiri
Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov
Prezidentin İşlər müdiri Oqtay Şahbazov