BAKI, 29 noyabr - Sputnik. "Qaçaqmalçılıqla saxlanılan mal və məhsullar sırasında narkotiklər 45.6 faiz təşkil olunur. Təkcə bu ilin 11 ayında 358 narkocinayət hadisəsi aşkarlanıb. 2018-ci ildə isə bu rəqəm 264, 2017-ci ildə 210, 2012-ci ildə 87belə hadisə qeydə alınıb. Il ərzində götürülən narkotiklərin miqdarı 1 ton 21kiloqram olub. Bu rəqəmin 0.3-ü marixuana, 11.4-ü həşiş, 893.3-ü heroin, 30.6-ı tiryək, 4-ü kokoin, 73.7-i metamfetamin, 5.3-ü diəgrləri təşkil edir. Onu qeyd edim ki, 1 kiloqram heroindən 10 min doza alınır".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı jurnalistlərə açıqlamasında deyib. O ötən ildə 31 mindən çox narkomanın qeydə alındığını və onlardan 21 mininin iynələmə üsulundan istifadə etdiyini söyləyib: "Bu il ərzində insan bədənində 108 dəfə narkotik aşkarlanma halı qeydə alınıb. Təəssüflə qeyd etməliyəm ki, son illərdə qadınlar və uşaqlar da narkokuryer kimi istifadə edilir. Hazırda qadınların narkokuryer kimi istifadəsi il ərzində 14 faiz təşkil edib". Idarə rəisi həmçini ötən gün Biləsuvarda keçirilən böyük əməliyyatdan da danışıb.
Bildirib ki, bəzən belə hallar sonradan aşkarlandıqda Gömrük Komitəsi təqsirləndirilir: "Lakin bu belə deyil. Çünki sərhədi keçən şəxslər müxtəlif varinatlardan istifadə edirlər. Xüsusən də qeyd etməliyəm ki, avtomobillərdə yüzlərlə boşluq olan hissələr var və bunun 100 faiz yoxlanılması fiziki imkan baxımdan da mümkün deyil".
G.Muradlının sözlərinə görə, il ərzində qaçaqmal kimi daşınan mal və məhsullar sırasında mobil telefonlar da var: "Ötən il 6 min 400 mobil telefon, bu il isə minə yaxın mobil telefon aşkarlanıb".
"Bundan başqa, onu da qeyd edim ki, 80 min ədəd spirtli içkinin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. Bu içkilər isə daha çox Rusiya və Özbəkistan keçirilib".O həmçinin qaçaqmal yolu ilə keçirilən valyutadan da danışıb: "İl ərzində 290 min dollar, 13 min avro, 25 min manat, 6 milyon rubl, qızıl və zinət əşyalarının keçirilməsinin qarşısı alınıb".