RUSİYA

Moskva yenidən güc mənbəyinə çevrilib - Səbəbi bu iki ölkədir

Rusiya Birləşmiş Ştatların yaxın tərəfdaşı olan ölkələrlə münasibətləri yenidən qurur. Bu ölkələrə Almaniya, Fransa, İsrail, Səudiyyə Ərəbistanı və Misir daxildir.
Sputnik

BAKI, 29 noyabr — Sputnik. Rusiya, Türkiyə və Çin Birləşmiş Ştatlar və Avropa üçün "təbii fəlakətlərə" bənzəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin "Sabah" qəzetində yayımlanan məqaləsində yazar Bercan Tutar bildirib.

Yazıda qeyd olunur ki, Türkiyənin yürütdüyü müstəqil siyasəti sunamiyə bənzətmək olar.

Bercan Tutar qeyd edir ki, Çinin yürütdüyü siyasəti iqlim dəyişikliyi, Rusiyanın siyasətini isə fırtınaya bənzətmək olar.

Məqalədə vurğulanır ki, Rusiya, Türkiyə və Çin arasında strateji münasibətlər Moskvanı yenidən güc mənbəyinə çevirib. Rusiya tərəfi Şimali Afrikada öz təsir zonasını yaradır.

Bundan əlavə, məqalədə qeyd olunur ki, Rusiya Birləşmiş Ştatların yaxın tərəfdaşı olan ölkələrlə münasibətləri yenidən qurur.

Bu ölkələrə Almaniya, Fransa, İsrail, Səudiyyə Ərəbistanı və Misir daxildir.