Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 29 noyabr — Sputnik. Azərbaycanda məktəbəhazırlığın səmərəli təşkili məqsədilə hazırlıq qrupları və sinifləri üçün təkmilləşdirilmiş vəsaitlərin hazırlanması üzrə işlər aparılır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova məlumat verib. O bildirib ki, həmin kitablardan artıq yarısı çap olunaraq Təhsil Nazirliyi tərəfindən məktəblərə təqdim olunub.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının fəaliyyəti təhsildə əhəmiyyətli addımlardan biridir. Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılıb. 2019-cu ildə beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi üçün dövlət tərəfindən imkan yaradılıb.