CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq bağçaları ilə bağlı yenilik açıqlandı

Gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq.
Sputnik

BAKI, 29 noyabr — Sputnik. Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş tərkibli seminar-müşavirədə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev məlumat verib.

O, bildirib ki, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron  sistemə qoşulacaq.