Administrasiyanın şöbə müdiri vəzifəsindən azad edilib

Eldar Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Sputnik

BAKI, 29 noyabr - Sputnik. Prezident İlham Əliyev Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Həmin vəzifəyə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənov təyin olunub.