CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident iki dəyişikliyə imza atdı

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib
Sputnik

BAKI, 29 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyevin noyabrın 29-da imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

İsrafil Məmmədov isə Prezidentin digər sərəncamı ilə Dövlət Neft Fondunun icraçı direktoru təyin edilib. Qeyd edək ki, bu gün İlham Əliyev İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.