RUSİYA

Putin Bişkekdə - KTMT-yə sədrlik Rusiyaya keçir

Bişkekdə keçiriləcək iclas zamanı Rusiyanın KTMT-yə sədrliyinin 2020-ci ildə prioritetləri elan ediləcək, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin sammitində iştirak etmək üçün Bişkekdə səfərdədir.

KTMT üzləri arasında fikir ayrılıqları var – Kreml

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Bişkekdə keçiriləcək iclas zamanı Putin Rusiyanın KTMT-yə sədrliyinin 2020-ci ildə prioritetlərini elan edəcək, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, KTMT üzvləri Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə xüsusi diqqət yetirmək niyyətindədir. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının (TŞ) iclası Qırğızıstan lideri Sooronbay Jeenbekovun sədrliyi ilə başlayacaq

Putin və Jeenbekovdan başqa, Ermənistanın Baş Naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan lideri Emoməli Rəhmon da sammitdə iştirak edəcəklər.