Yüz ölç, bir biç - Həkimlərdən misli görünməmiş səhv

Xəstəxana rəhbərliyi misli görünməmiş səhvi etiraf edib. İdarə gələcəkdə oxşar halların qarşısını almaq üçün tədbirlərin görəcəyini də bildirib
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Amerikanın Nyu-Cersi ştatında transplantoloqlar səhv edərək, başqa xəstəyə böyrək köçürüblər.

Böyrək köçürülən xəstənin intiharı ilə bağlı açıqlama

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, noyabrın 18-də 51 yaşlı amerikalıya donor böyrəyi köçürülüb. Bir müddət keçəndən sonra həkimlər başa düşüb ki, səhv ediblər, orqan eyni adlı, eyni yaşda başqa xəstəyə köçürülməliymiş.

Tibb müəssisəsinin əməkdaşları orqan tədarükü və orqan nəqli təşkilatına və dövlət səhiyyə nazirliyinə bu səhv barədə məlumat veriblər. Nəticədə orqana ehtiyacı olan xəstə 6 gün sonra uğurlu şəkildə əməliyyat edilib.

Xəstəxana rəhbərliyi misli görünməmiş səhvi etiraf edib. İdarə gələcəkdə oxşar halların qarşısını almaq üçün tədbirlər görəcəyini də bildirib.