BAKI, 28 noyabr — Sputnik. Məşhur rusiyalı fotoqraf Dmitri Penkov azərbaycanlı model Samirə Ağayevanın açıq-saçıq şəkillərini çəkib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə model özü məlumat verib. O, "Instagram" sosial şəbəkəsindəki səhifəsində həmin şəkillərin bir neçəsini paylaşıb. Çəkilişlər Dubaydakı studiyada aparılıb. Qız burada müxtəlif açıq-saçıq pozalarda çəkilib.
Ağayeva ilk dəfədir Dmitri Penkovla əməkdaşlıq edir və birgə işin nəticəsindən razı qalıb.
Samirə Ağayeva Azərbaycanda və xaricdə moda nümayişlərində iştirak edir, müxtəlif reklam çarxlarına və fotolayihələrə çəkilir. Model əsasən dünya brendləri ilə əməkdaşlıq etdiyi Dubayda işləyir və yaşayır. O, "Best Fashion Model 2017", "Miss Europe 2018" və "Miss Elegant-Miss Europe 2018" kimi titulların sahibidir.