Xalq artistindən həyat yoldaşına qeyri-adi təbrik

Xalq artisti: “31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm”
Sputnik

ЧПУ: musiqi-mahni-klip-brilliant

Тайтл: Brilliant Dadaşovadan həyat yoldaşına qeyri-adi təbrik

Подводка: Xalq artisti: “31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm”

BAKI, 28 noyabr — Sputnik. Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, söz və musiqisi Fərid Kərimliyə məxsus olan "Şükür ola" adlı mahnıya çəkilən klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi iştirak ediblər. Onlar ekran işində sevgili obrazını canlandırıblar. Klipin çəkilişləri yay aylarında Qubada aparılıb. Müğənninin imici və makiyajı üzərində stilist Elnur Həsənov çalışıb.

Qeyd edək ki, müğənni bu mahnını həyat yoldaşı Ədalət Hacıyevin doğum gününə həsr edib, sosial şəbəkə hesabında bu sözləri yazmışdı: "31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm".

Xatırladaq ki, Ədalət Hacıyev 1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır.

https://www.youtube.com/watch?v=TJ_kOkCDnT8&feature=emb_title