BAKI, 28 noyabr — Sputnik. Moldovanın keçmiş ombudsmanı Aureliya Qriqoriu maraqlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, keçmiş deputat Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovla görüşüb. Görüş zamanı T.Əhmədov xanım qonağa kitab hədiyyə edib. Bu haqda öz "Facebook" səhifəsində paylaşım edən Aureliya Qriqoriu "Hikmətli misralar" kitabına görə minnətdarlığını bildirib: "Ümid edirəm Tağı Əhmədovun digər yaradıcı əsərlərini də öz kitabxanama əlavə edəcəm".
Qeyd edək ki, Moldovanın keçmiş parlament vəkili və ombudsmanı Aureliya Qriqoriu hazırda Moldova Vəkillər Kollegiyasının üzvüdür.