BAKI, 28 noyabr — Sputnik. Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 40-a çatıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə bina tam olaraq dağılıb. Dağıntılar altında hələ də insanların qaldığı güman edilir. Duman şəhərində insanların təhlükəsizliyi tam təmin olduğu üçün axtarışlar dayandırılsa da, Durres şəhərində xilasedicilərin işi davam edir.
Dağıntılar altından 45 nəfərin xilas edildiyi, üç nəfərin ağır vəziyyətdə olduğu deyilir. Hadisə nəticəsində 650 nəfər yaralanıb. Ölənlər arasında isə bir neçə uşağın olduğu bildirilir.
Albaniyanın Baş Naziri Edi Rama hadisə ilə bağlı 28 noyabrda nəzərdə tutulan Bayraq Günü bayramını ləğv edərək Milli Matəm Günü elan edib. O, həmçinin Tirana və Durres şəhərində fövqəladə komissiyaya rəhbərlik edir.
Qeyd edək ki, iki gün öncə gecə saatlarında Albaniyada 6.4 bal gücündə zəlzələ baş verib.