CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimnaz Sultanova sosial şəbəkəni silkələdi

Xəyal qurursunuzsa, edə bilərsiniz. Hər şeyin bir düşüncəylə başladığını heç vaxt ağlınızdan çıxartmayın.
Sputnik

BAKI, 27 noyabr — Sputnik. "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə tanınan aktrisa Çimnaz Sultanova sosial şəbəkədə yeni paylaşımı ilə yenidən gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa Panda oyuncaq ilə çədirdiyi şəkilləri öz "Instagram" hesabında paylaşıb. Çimnaz Sultanova "Xəyal qurursunuzsa, edə bilərsiniz. Hər şeyin bir düşüncəylə başladığını heç vaxt ağlınızdan çıxartmayın. Bu cür sözlər çox xoşbəxt edir insanı. Xəyal etdiyini, hətta xəyal etdiyindən daha da çoxunu yaşamaq bir insan üçün ən böyük bir şansdır" fikrini fotoya əlavə edib.

Qeyd edək ki, Çimnaz Sultanova Bakıda anadan olub. Uşaqlıqdan Moskva şəhərində yaşayan aktrisa, təhsilini Almaniyada alıb. "Sənə inanıram" serialı, "Yüz kağız" filmi, "Qisas" serialı, "Vicdan haqqı" serialından tanıdığımız cazibədar aktrisa həm də müğənni kimi tanınır.