Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi məsələ ilə bağlı agentliyin sorğusuna cavab verməyib.
Sputnik

BAKI, 27 noyabr — Sputnik. Rəsmi Ankara NATO-dakı təmsilçisindən Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planı imzalamamağı tələb edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyi bir neçə mənbəyə istinadən məlumat yayıb.

Mənbələr nəşrə bildiriblər ki, Türkiyə NATO-nun kürdlərin özünümüdafiə dəstələrini (YPG) rəsmi olaraq tanımadığı üçün belə bir qərar qəbul edib.

"S-400" məsələsi aprelə qədər çəkəcək – Ərdoğan sirləri açdı

Mənbələr qeyd ediblər ki, Ankaranın nümayəndəsi həm görüş, həm də şəxsi söhbətləri zamanı qəti şəkildə bu mövqedən çıxış etməli, Alyansdan rəsmi olaraq "YPG"-ni terror təşkilatı kimi tanımağı tələb edəcək.

Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi məsələ ilə bağlı agentliyin sorğusuna cavab verməyib.

Qeyd edək ki, NATO təmsilçiləri Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planın Alyansa üzv 29 ölkə tərəfindən rəsmi olaraq təsdiqlənməsini istəyir. Türkiyənin razılığı olmadan NATO Polşa və Baltikyanı ölkələrdə öz müdafiəsini möhkəmləndirməyə çətinlik çəkəcək.

"Onlar (türklər) hərbi planın təsdiqlənməsini blok etməklə şərqi avropalıları girov götürürlər", - deyə mənbələrdən biri nəşrə bildirib.

İkinci mənbə isə Türkiyənin addımlarını "dağıdıcı" adlandırıb.