CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Restoranlarda manqal qoyulmasına hansı hallarda icazə verilə bilər – ekspert danışır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, icazə verilərkən həmin restoranlarda tüstüboğucunun olub-olmaması nəzərə alınmalıdır
Sputnik

“Bir neçə şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi növbəti monitorinq zamanı qərar qəbul olunub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın üzvü olduğu vaxtlarda bu məsələlər nazirin iştirakı ilə geniş müzakirə olunurdu:

“Bu məsələ ilə bağlı icazə verilərkən həmin restoranlarda tüstüboğucunun olub-olmaması nəzərə alınmalıdır. Restoranlardan tüstülərin ətrafa yayılması yolverilməzdir. Ekologiya nazirliyi güzəştə gedibsə, bu, böyük səhvdir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz