CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik dəm qazı ilə bağlı müraciət etdi

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.
Sputnik

BAKI, 27 noyabr — Sputnik. Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

qaz cihazı saz və standartlara uyğun olmalı;

cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin.