HADİSƏ

Daşla dolu KAMAZ aşdı, sürücü xəsarət aldı - FOTO

KAMAZ-ın sürücüsü ağır qəzadan yayınmaq üçün yük avtomobilini yan qaçırmalı olub və idarəetməni itirərək çevrilib.
Sputnik

BAKI, 27 noyabr — Sputnik. Qaradağ postundan Sumqayıta gedən istiqamətdə avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı daşla dolu 50BN503 dövlət nömrə nişanlı KAMAZ marakalı yük avtomobili çevrilib. Sürücü ağır xəsarət alıb.

Daşla dolu KAMAZ aşdı, sürücü xəsarət aldı - FOTO

Hadisə şahidlərinin sözlərinə görə, "Prado" markalı avtomobil KAMAZ-ın qarşısına çıxıb. KAMAZ-ın sürücüsü ağır qəzadan yayınmaq üçün yük avtomobilini yan qaçırmalı olub və idarəetməni itirərək çevrilib. Avtomobil qəzaya düşdükdən sonra qəzaya səbəb olan avtomobil sürücüsü heç nə olmamış kimi yoluna davam edib.

Hadisə yerinə polis və təcili tibbi yardım cəlb edilib.