Türkiyə qonşu ölkədə hərbi əməliyyat keçirdi, ölənlər var

Müdafiə Nazirliyindən bildiriblər ki, ən son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlar davam edəcək.
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Türkiyə Müdafiə Nazirliyi Suriyada PKK terrorçularına qarşı əməliyyat keçirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Suriyada PKK dinc əhalini qırır - VİDEO

Məlumata əsasən, İraqın Hakurk bölgəsində Hərbi Hava Qüvvələrinin (HHQ) həyata keçirdiyi əməliyyat zamanı 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Qeyd olunur ki, məhv edilən PKK-lılar terror aktı törətməyi planlaşdırırmışlar.

Nazirlik, həmçinin qeyd edib ki, ən son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlar davam edəcək.

Xatırladaq ki, ötən həftə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında da hərbi əməliyyat keçirib. Məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Pəncə-3" hərəkatı çərçivəsində İraqın şimalında PKK-nın 20 terrorçusu məhv edilib. Hazırda anti-terror əməliyyatları davam edir.