Sumqayıtda yaşayan Oleq və Anna Zabalotnılar 14 uşaq böyüdürlər. Ailənin ilki Venyaminin artıq 23 yaşı var, ən balacanın, Davidin isə 4 yaşı tamam olub. Hələ gənc yaşlarında Oleq və Anna heç ağıllarına da gətirə bilməzdilər ki, həyat onlara bu cür xoşbəxtlik bəxş edəcək.
Çoxuşaqlı ana etiraf edir ki, onlar heç bir ailə məsələsini, hətta ciddi problemləri belə problem kimi qəbul etmirlər. Bu, sadəcə həyatdır.
Və baxmayaraq ki, Zabalotnı ailəsi artıq bir masa arxasında sığışmır, onlar bunu əsl xoşbəxtlik hesab edirlər. Ən əsası odur ki, uşaqlar yanlarındadır.
Bu çoxuşaqlı ailənin necə yaşadığını videomuzda izləyin.