BAKI, 26 noyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası üzvlərinin sayını 25 dövlətə qədər artırmaq mümkündür.
"Report" xəbər verir ki, bu barədə Fransanın BMT yanında daimi nümayəndəsi Nikolya de River beynəlxalq təşkilatın Baş Assambleyanın tribunasındakı çıxışında deyib.
"Fransa şuranın tərkibinin daimi və qeyri-daimi üzvlər hesabına genişləndirilməsini dəstəkləyir. Fransa həmçinin Təhlükəsizlik Şurasının yeni daimi üzvləri kimi Almaniyanın, Braziliyanın, Hindistanın və Yaponiyanın namizədliklərini dəstəkləyir. Biz həmçinin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasında Afrika ölkələrinin olmasını dəstəkləyirik", - de River deyib.