HADİSƏ

Bakıda məktəbli qız dənizə düşdü – Son anda xilas edilib

Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Yeniyetmə qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Bakıda dənizə düşən məktəbli qız xilas edilib.

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.

Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.

Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Yeniyetmə qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.