BAKI, 26 noyabr — Sputnik. Noyabrın 26-da Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri aviasiya marşalı Stüart Piiç arasında görüş olub. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, eləcə də hərbi ekspertlər arasında dialoqun bərpa edilməsi perspektivlərini müzakirə edilər.
“Hərbçilər Avropa təhlükəsizliyi sahəsindəki vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, hərbi ekspertlər arasında dialoqun bərpa edilməsi, eləcə də böhranlı regionlarda vəziyyəti müzakirə ediblər” – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, bu, Valeri Gerasimov və Stüart Piiç arasında ilk görüşdür. Bundan əvvəl Valeri Gerasimov iyul ayında Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolterslə görüşüb.