Malidə iki helikopter toqquşub, 13 Fransa hərbçisi ölüb

Fransa Prezident Administrasiyasının məlumatına görə, helikopterlər ekstremistlərə qarşı əməliyyat keçirərkən toqquşublar
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Afrikanın Mali dövlətində iki hərbi helikopterin toqquşması nəticəsində Fransanın 13 hərbçisi ölüb.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, helikopterlər ekstremistlərə qarşı əməliyyat keçirərkən toqquşublar.