Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Mehriban Əliyevanın Moskva səfərinin Azərbaycan-Rusiya münasibətlərinin dinamikasına təsiri müzakirə edilib. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktor müavini Elşad Məmmədov öz fikrini media nümayəndələri ilə bölüşüb.
Professor Məmmədov iki ölkə arasındakı ticarət dövriyyəsindən və Birinci vitse-prezidentin Moskva səfərindən sonra əlaqələrdə hansı amillərin ön plana çıxacağından danışıb. Onun fikri ilə daha yaxından tanış olmaq üçün videomuzu izləyin.