HADİSƏ

Bibiheybətdəki avtomobil yağışdan başına qəza gələn yeganə maşın olmayıb

Səhər saatlarında "Sədərək"də "Lexus" markalı avtomobil batıb. Sürücü hadisə şahidləri tərəfindən xilas edilib.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Sədərəkdə Meyvəli bazarının yaxınlığında avtomobil batıb. Bu barədə Sputnik Azərbaycan-a hadisə şahidləri məlumat veriblər.

Bibiheybətdəki avtomobil yağışdan başına qəza gələn yeganə maşın olmayıb

Bildirilib ki, yolun kənarı çala-çuxur olduğu üçün oraya yağış suları dolub: "Yolun həmin hissəsi kələ-kötürdür. Böyük çalalar var. Yağış yağıb, su dolub. Səhər saatlarında da "Lexus" markalı avtomobil batıb".

Sürücü hadisə şahidləri tərəfindən xilas edilib.