BAKI, 25 noyabr — Sputnik. Rusiyanın Nijni Novqorod vilayətində 43-ü uşaq olmaqla 44 nəfər orta məktəbdə qazdan zəhərlənib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 10-nun vəziyyəti orta ağırdır.
"Vadsk mərkəzi rayon xəstəxanasına qazdan zəhərlənmə əlamətləri ilə 43-ü uşaq olmaqla 44 nəfər gətirilib", - deyə mənbə agentliyə bildirib.
İlkin məlumatlara görə, məktəbdən yarım kilometr aralıda yerləşən qazayırma stansiyasından ətrafa maddə yayılıb. Məktəbdə dərslər təxirə salınıb.