RUSİYA

Rusiya Suriyanın şimalına xüsusi təyinatlıları göndərib

Tibbi xüsusi təyinatlılar "Mi-8" helikopteri ilə gəliblər. Helikopterlə həmçinin avadanlıqlar, dərmanlar da gətirilib.
Sputnik

BAKI, 25 noyabr — Sputnik. Suriyanın şimalında Kobani yaxınlığında Rusiya hərbi polisinin bazasına xüsusi təyinatlı tibbi bölmələr gəlib. Bu bölmələr yerli əhaliyə yardım edəcək. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Tibbi xüsusi təyinatlılar "Mi-8" helikopteri ilə gəliblər. Helikopterlə həmçinin avadanlıqlar, dərmanlar da gətirilib.

"Xroniki, kəskin xəstəliklər yayılıb. Biz burada sona qədər işləməyə hazırıq. . Bir müddət sonra tibbi birləşmə tam heyətdə bura gələcək. Hesab edirəm ki, gün ərzində təxminən 100 nəfəri qəbul edəcəyik", - deyə cərrah-həkim Sergey Ponomarov bildirib.