HADİSƏ

Baş Nazir, paytaxt meri və AAYDA rəhbəri gecə insident baş verən ərazidə

Hazırda Baş Nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və AAYDA rəhbəri Saleh Məmmədov hadisə yeirnə baxış keçirir.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr - Sputnik. Paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatı sürüşüb. Hadisə bu gecə saat 01.00 radələrində baş verib. 

Sputnik Azərbaycan xəbər verir ki, nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Qeyd edək ki, küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb. Həmin avtomaşın artıq uçqunun altından çıxarılıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.

Hazırda Baş Nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və AAYDA rəhbəri Saleh Məmmədov hadisə yeirnə baxış keçirir.