CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda əsas marşrutlardan birinin yolu dəyişdi – Xəbəriniz olsun

Bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək
Sputnik

BAKI, 24 noyabr — Sputnik. Sürüşmə ilə əlaqədar 125 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

BNA ağır avtobus qəzası ilə bağlı açıqlama yaydı

Baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat yayılıb.

Bildirilir ki, bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək.

Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.